Ölkə futbolu
Qurban Qurbanovun davamçısı: “Məni siyahıdan tez sildilər”
Dünən Gürcüstan çempionatında mübarizə a…
Dünən Gürcüstan çempionatında mübarizə aparan “Kolxeti” klubunda debüt edən Rasim Ramaldanov futbolinfo.az saytına açıqlama verib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ardından Gürcüstan çempionatında çıxış edən ikinci azərbaycanlı kimi tarixə düşən Ramaldanov debütünü şərh edib:
“Gürcüstan çempionatında ilk oyunuma çıxdım. Komandanın düşərgəsinə gec qoşulsam da, baş məşqçi mənə start heyətində şans verdi. Sevinirəm ki, qələbə qazandıq və debütüm əlamətdar oldu. Etiraf edim ki, hələ tam formada deyiləm. Bunun üçün müəyyən zamana ehtiyac var. Bilirəm ki, Azərbaycanda məni siyahıdan silənlər var. Lakin bunun üçün hələ tezdi. Tam formamı tez bir zamanda yığıb, milli komandaya qayıtmaq istəyirəm. Gürcüstanda isə sadəcə, özümü yox, həm də Azərbaycanı təmsil edirəm. Məsuliyyətim ikiqatdır”.
Qeyd edək ki, Rasim Ramaldanov Azərbaycanda son olaraq, “Sumqayıt”ın formasını geyinib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”