Ölkə futbolu
"Qarabağ" 26 futbolçu sifariş etdi
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında ?…
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında İsveç “Höteborq”u ilə oyunlar sifariş ərizəsini UEFA-ya təqdim edib. Futbolinfo.az xəbər verir ki, sözügedən siyahıda 26 futbolçu yer alıb.
Amma klub yaxın gunlərdə hansısa transfer gerçəkləşdirsə, bu halda onun adını ilk oyuna bir gün qalmışa qədər sifariş edə bilər.
Hazırda “Qarabağ”ın pley-off üçün sifariş etdiyi futbolçular aşağıda adları qeyd olunanlardır:
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, İbrahim Şehiç, Halit Oğuzxan;
Müdafiəçilər: Maksim Medvedev, Rəşad Sadıqov, İlqar Qurbanov, Arif Daşdəmirov, Ansi Aqolli, Elvin Yunuszadə, Eltun Turabov, Bədavi Hüseynov;
Yarımmüdafiəçilər: Qara Qarayev, Miçel, Muarem Muarem, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Salman Cəfərov, Əlhərbi El Jadeyaoui, Cavid Tağıyev, Coşqun Diniyev, Dani Kintana, Mahir Mədətov.
Hücumçular: Reynaldo, Namiq Ələsgərov, Vüqar Nadirov.
Qeyd edək ki, “Qarabağ”la “Höteborq” arasında pley-offun ilk oyunu avqustun 18-də İsveçdə, cavab matçı avqustun 25-də Bakıda olacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”