Bizi izləyin

Ölkə futbolu

“Dalğa”da tufan qopanda…

“3, hətta deyərdim, 4 mümkün variantımız var. Ən …

blank
“3, hətta deyərdim, 4 mümkün variantımız var. Ən münasibini seçəcəyik”. Bu sözləri bir neçə gün öncə futbolinfo.az saytına verdiyi geniş müsahibədə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Rəşad Sadiqovun yoxluğunda dayaq yarımmüdafiəçisi mövqeyində kimi oynadacağı ilə bağlı sualımızı cavablandırarkən səsləndirmişdi.
 
Vaxt gəldi, vədə yetişdi. Ukraynalı nəinki “Maribor”un məşqçi heyətini, “Qəbələ”ni beş barmağı kimi tanıyanları da təəccübləndirdi. Dayaq yarımmüdafiəçisi mövqeyində Vitali Vernidub qərarlaşmışdı.
 
Ötən mövsümün böyük hissəsini ehtiyat oyunçular skamyasında keçirən Vernidub bu il Qriqorçukun əvəzolunmaz silahına çevrilib. Ancaq məsələ burasındadı ki, Azərbaycanda olduğu müddətdə Vitalini dayaq yarımmüdafiəçisi kimi görən olmamışdı.
 
"Dalğa Arena"dakı oyunun əvvəli gözlənilməz ssenaridə keçdi. Darko Milaniçin yetirmələri topa daha çox nəzarət edir, “qırmızı-qaralar” isə böyük qüvvəylə müdafiə olunurdular. Bunun səbəbi gün kimi aydın idi: Qriqorçuk evdə qol buraxmaqdan “ilan yarpızdan qorxan kimi” qorxurdu. Cütlü oyunlarda səfərdə vurulan qolun nə qədər əhəmiyyətli olduğunu anlayan ukraynalının bu addımı başadüşülən olsa da, Vernidubun start dəqiqələrində mövqe seçimində etdiyi səhvlərdən biri qonaqların dördgedişli kombinasiyası ilə nəticələndi. İlk epizodda Dmitri Bezotosnı zərbənin qarşısını ala bilsə də, topa hamıdan tez yetişən Tavares hesabı açdı.
 
Bu epoizodda müdafiəçilər topu təqib etmək əvəzinə, əllərini havaya qaldıraraq, yan xətt hakimindən imdad diləyirdilər. Oyundankənar vəziyyəti isə Mirzəbəyov pozurdu. Acınacaqlı qol vurularkən “Qəbələ”nin cərimə meydançasında qapıçımızdan savayı, 8 “qırmızı-qaralı” olduğu halda, cəmi 2 “Maribor” futbolçusunun qərarlaşdığını da qeyd edək.
 
Qoldan sonra futbolçularımız kəmərlərini çəkdilər. İndi başlıca məqsəd fasiləyədək tarazlığı bərpa etmək idi. Əks halda, “Qəbələ”nin sıralarında əsəbilik yaranacaqdı ki, bu da futbolçuların dəqiq oynamasını əngəlləyəcəkdi.
 
Tədricən oyunun ipini yığan “qırmızı-qaralar” rəqibi müdafiəyə çəkilməyə məcbur edə bildilər. Bunda Sergey Zenyovun xüsusi payını vurğulamalıyıq. Estoniya yığmasının futbolçusu dəfələrlə qonaqların müdafiə xəttini yaran hərəkətləri ilə Yasmin Handanoviçin qapısı qarşısında təhlükəli anların yaşanmasını təmin edirdi. Teo Uiksi göz bəbəyi kimi "qoruyan" Sloveniya təmsilçisi ən çox çox qorxduğu fiquru zərərsizləşdirsə də, faktiki olaraq, liberiyalının komanda yoldaşları üçün boş zonalar açırdı.
 
Baqali Dabo ənənəvi ampluasında idi. Qaradərili forvardın gördüyü qara iş ən ağ kağıza qeyd olunmağa layiq idi. Məhz onun əzmkarlığı sayəsində 37-ci dəqiqədə “Maribor”un futbolçuları cərimə meydançasında qaydanı pozdular. Qayda pozuntusunu hamı gördü, ancaq Aleksey Kulbakovun fiti həmin epizodda kökdən düşmüşdü. Penalti o qədər aşkar idi ki, sloveniyalı futbolçular da dayanıb, “qarapaltarlı”nın hökmünü gözləyirdilər. Hamıdan tez bu tragikomik epizoda reaksiya verən Sergey Zenyov oldu. Onun zərbəsi qüvvətli alınmasa da, qapıçının əlinin altından keçib, toru silkələdi – 1:1.
 
Fasilə komandamızın işinə yaradı. Baş məşqçi yetirmələrinə lazımi sözləri demişdi. İndi Vernidub yad mövqedə özünü aşiq olduğu qız tərəfindən “bəyaz rəqs”ə dəvət almış kimi hiss edirdi; Nika Kvekveskiri məşhur texnikasını nümayiş etdirərək, sanki qonaqlara “topla rəqs sizlik deyil” ismarıcını göndərirdi; Sergey Zenyov hiyləgər ötürmələri ilə “Qriqorçuk başqadu” deyirdi; Teo Uiksin başına toplaşan rəqib futbolçuların sayı İcraiyyə Komitəsinin iclasından sonra Hafiz Məmmədovun yanına yığışan jurnalist sayından fərqlənmirdi; Baqali Dabo yer şumlayan texnikadan geri qalmırdı; Dmitri Bezotosnı təmsilçimizin “xaç atası” idi – istənilən söhbətin sonunda sloveniyalıları susdururdu…
 
…Qol özünü çox gözlətmədi. Rafael Santosun sol cinahdan mərkəzə doğru paralel ötürməsini qəbul edən Nika 2 toxunuşla topu Zenyova ünvanladı. Sergey isə iki müdafiəçini bir toxunuçla “ofsayd”a saldı. Qalırdı qapıya zərbə endirmək ki, qonaq futbolçular buna imkan verməsələr də, topu Daboya ötürdülər və hücumçu “Qəbələ”nin heyətində keçirdiyi 7-ci avrokubok qarşılaşmasında ilk qoluna imza atdı – 2:1.
 
“Çoban açınca gözün…”. Bəli, “Maribor” gözünü açmağa macal tapmadı. İştaha gəlmiş Dabo daha bir qola imza ataraq, “Dalğa Arena”nı lərzəyə gətirdi. Künc zərbəsindən ötürülən top uğrunda mübarizə aparan Zenyov aranı elə qatdı ki, Baqali yada düşmədi və bu fürsətdən maksimum yararlandı – 3:1.
 
Bundan sonra “qırmızı-qaralar” tempi aşağı saldılar. Daha çox qapılarının toxunulmazlığı haqda fikirləşən meydan sahibləri son dəqiqələrdə üzülməyə yaxın idilər. Ancaq Bezotosnıya əbəs yerə “xaç atası” demədik: ukraynalı kiperdən növbəti master-klass tablodakı göz oxşayan nəticənin dəyişməsinə imkan vermədi.
 
Matç bitdi. Nəzərə alsaq ki, “Qəbələ” oyunun gedişatında 0:1 geridə idi, bu nəticənin ideal olduğunu söyləyə bilərik. Amma bir neçə məqam var ki, təmsilçimiz buna mütləq diqqət yetirməlidi.
 
Əvvəla, “Maribor”un bir neçə oyununu izləyən KİV təmsilçisi kimi deyə bilərəm ki, sloveniyalılar əvvəlki oyunlardan daha məzmunlu futbol sərgilədilər. Bu da o anlama gəlir ki, komanda formasını yığmaqdadı və 1 həftədən sonra bundan da güclü olacaq.
 
İkinci məqam axşamkı oyunun ilk və son dəqiqələri ilə bağlıdı. “Qəbələ” müdafiənin mərkəzində bağışlanılmaz səhvlərə yol verdi. Sloveniyada bunu təkrarlamaq olmaz. Startda qapımızda top görsək, qalan dəqiqələr ərzində böyük təzyiqlə üzləşəcəyimizə şübhə yoxdu. Çünki 2:0 arxada qalan 7 oyunun üstündən xətt çəkmiş olacaq.
 
Nəhayət, 3-cü və ən vacib məqam. 3:1 möhtəşəm və təminedici qələbə deyil. Cavab qarşılaşmasına soyuq başla hazırlaşmaq lazımdı. Eyforiya uçuruma aparacaq. Rəqib həqiqətən güclü idi. Özü də “Maribor” evdə təzyiq göstərməyi bacarır. Elə azarkeşləri də tribunaya tum çırtlamağa gəlmir.
 
Bəli, “Qəbələ”nin cüzi üstünlüyü yaranıb. Cüzi ha! Bunu şişirdib dağ başına qoymaq, bir göz qırpımında həmin dağın ətəyinə yumalanmağı şərtləndirə bilər. Futbolçulara bir məsləhəyim var: çalışın bu, 1 həftə ərzində sarı mətbuatı az oxuyun. Unutmayın, “halva-halva deməklə, ağız şirin olmur”.
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-10 10:17

“Bayer”dən Avropa rekordu

blank
Digər2024-05-10 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-05-10 09:40

Yeni idman sarayında ilk yarış

blank
Ölkə futbolu2024-05-10 09:21

“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”

blank
Digər idman növləri2024-05-10 09:04

“Olimpiadada ikinci medal üçün çalışacağam”

blank
Premyer-liqa2024-05-10 08:49

“Neftçi” bu gün “Kəpəz”lə qarşılaşacaq

blank
Digər idman növləri2024-05-10 08:32

“Bu, Azərbaycan xalqının qələbəsidir”

blank
Milli komanda2024-05-10 08:17

Millimizin oyunlarının vaxtı və yeri dəqiqləşdi

blank
Ölkə futbolu2024-05-10 08:00

“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron

blank
Dünya futbolu2024-05-10 01:18

“Olimpiakos” “Aston Villa”nı finala buraxmadı

blank
Dünya futbolu2024-05-10 01:08

“Bayer”lə “Atalanta” finalda!

blank
Digər idman növləri2024-05-09 23:40

Olimpiadaya növbəti lisenziya

blank
Digər idman növləri2024-05-09 23:23

Stolüstü tennis üzrə ölkə turnirinə yekun vurulub

blank
Digər idman növləri2024-05-09 23:00

Kişi boksçularımız lisenziya turnirinə hazırlığı Banqkokda keçəcək

blank
Ölkə futbolu2024-05-09 22:29

“Sabah” Abşeronda futbolçu seçiminə başlayır

blank
Digər idman növləri2024-05-09 22:00

Azərbaycanın daha bir güləşçisi Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-09 21:27

Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb

blank
Digər idman növləri2024-05-09 21:00

Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
I Liqa2024-05-09 20:47

MOİK və “Şamaxı”dan darmadağın

blank
Əvəzedicilər2024-05-09 18:00

Əvəzedicilərin yarışında 35-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-09 17:35

II Liqada 25-ci turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2024-05-09 16:58

Mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər bəlli oldu

blank
Dünya futbolu2024-05-09 16:37

Son 12 ildə ilk dəfə kuboksuz qaldılar

blank
Müsahibə2024-05-09 16:12

Rəşad Abdullayev: “Xal itirməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-05-09 15:56

ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-09 15:33

Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

blank
Dünya futbolu2024-05-09 15:15

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Ölkə futbolu2024-05-09 14:51

AFFA-dan yeni sponsorluq müqaviləsi

blank
Ölkə futbolu2024-05-09 14:34

“Neftçi”nin oyunu heç də ürəyimcə deyil” – Stankoviç

blank
Dünya futbolu2024-05-09 14:16

“Real”ın futbolçusu üçün ikiqat yubiley

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm