Ölkə futbolu
Orxan qol vurdu, komandası qalib gəldi
Futbol üzrə Latviya birinci liqasında 19-cu turun oyunları ke&…
Futbol üzrə Latviya birinci liqasında 19-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası – "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Auda" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb – 4:3.
Vüqar start heyətdə başladığı matçın sonunadək meydanda olub. Orxan isə 62-ci dəqiqədə meydana daxil olub.
23 qolla komandasının bombardiri olan Vüqar bu matçda fərqlənə bilməyib. Amma Orxan 83-cü dəqiqədə matçda son nöqtəni qoyaraq, komandasına vacib 3 xal qazandırıb. Bu, Həsənəliyevin cari mövsümdə vurduğu 9-cu qol olub.
Qeyd edək ki, geridə qalan turlarda 37 xal toplayan "Olayne" 15 klub arasında 3-cü pillədə qərarlaşıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub