Dünya futbolu
Dəniz Yılmaz: “Oynamağı səbrsizliklə gözləyirəm”
Azərbaycan millisində oynamasına FİFA tərəfindən rəsmən icaz?…
Azərbaycan millisində oynamasına FİFA tərəfindən rəsmən icazə verilən “Bursaspor”un futbolçusu Dəniz Yılmaz Türkiyə mətbuatına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, hücumçu hazırda davam edən zədəsi haqqında məlumatlar verib.
Super Liqanın növbəti iki turu çərçivəsində baş tutacaq “Kayserispor” və “Kasımpaşa” ilə oyunlarda meydana çıxıb-çıxmayacağını bilmədiyini söyləyən forvard ağrılarının zaman-zaman artdığını qeyd edib:“Oynamaq üçün çox səbrsizlənirəm. Yenidən yaşıl meydanlarda çıxış etmək istəyirəm, ancaq zədəm haqqında nəsə deyə bilmərəm. “Kayseri” və “Kasımpaşa” matçlarında meydana çıxmağım sual altındadı. “Fənərbaxça” ilə oyun haqqında da qəti nəsə demək olmaz”.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”