Dünya futbolu
"Duysburq" yenə Eratın qolu ilə qalib gəlib, lider oldu
Almaniya üçüncü Bundesliqasında 6-cı turun oyu…
Almaniya üçüncü Bundesliqasında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası – "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Verder II" (Bremen) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Erat bu görüşə start heyətdə başlayıb. O, 22-ci dəqiqədə komandasına qələbə gətirən qola imza atıb. Futbolçumuz 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 6 turdan sonra "Duysburq" 20 klub arasında 14 xalla 1-ci yerdə qərarlaşıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi