Dünya futbolu
Paşayevin komandası qələbəni əldən verdi
Futbol üzrə Ukrayna çempionatında 7-ci turun oyunları k…
Futbol üzrə Ukrayna çempionatında 7-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Zarya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2. Halbuki, matçı 9 nəfərlə başa vurmalı olan "Stal" 80-ci dəqiqəyə qədər 2:0 öndə olub.
Paşayev start heyətdə çıxdığı matçda 90 dəqiqə meydanda olub. O, 68-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, "Stal" 7 turdan sonra 6 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.