Premyer-liqa
“Kəpəz” Gəncədə məşq etdi
Topaz Premyer Liqasının 4-cü turunda Gəncə şəhər stadionun…
Topaz Premyer Liqasının 4-cü turunda Gəncə şəhər stadionunda “Zirə”ni qəbul edəcək “Kəpəz” ötən gün Gəncəyə yollanıb. Futbolinfo.az xəbər verir ki, qarşıdakı oyun üçün hazırlığın əsas hissəni Bakıda keçirən “sarı-göylər” matç öncəsi son məşqinə Nizami yurdunda çıxıb.
Təxminən 50 dəqiqə sürən hazırlıq prosesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra futbolçular topla məşq ediblər. Bu zaman qapıçılar fərdi hazırlıqla kifayətlənib. Məşqin son bölümündə isə komanda taktiki çalışmalar üzərində işləyib.
Onu da qeyd edək ki, “Kəpəz”in heyətində bir zədəli futbolçu var. Bu, Tural Nərimanovdur. Müdafiəçi zədəli olduğundan məşqi buraxmaq məcburiyyətində qalıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi