Dünya futbolu
“Slovan”ın aparıcı üzvünün “Qarabağ”la oyunu buraxacağı dəqiqləşdi
Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçiv…
Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Slovan” Bakıdakı matça itki ilə çıxacaq. Futbolinfo.az xəbər verir ki, liberetslilərin kapitanı Lukaş Pokornı bu görüşdə iştirak etməyəcək.
Buna səbəb adıçəkilən futbolçunun zədələnməsidi. Dizindən zədələnən Pokornı Azərbaycana gətiriləcək heyətdə yer almayacaq.
Klubun saytına açıqlama verən Pokornı qaçanda ayağında ağrı hiss etdiyini bildirib: “Çox istərdim ki, qarşıdakı oyunlarda komandama kömək edim. Amma zədə almağım planımı korladı”.
Pokornının təxminən 5 həftədən sonra yaşıl meydanlara qayıdacağı proqnozlaşdırılır.
Qeyd edək ki, “Qarabağ” – “Slovan” matçı sentyabrın 15-də “Dalğa Arena”da keçiriləcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO