Milli komanda
Dünya çempionatında bütün yarımfinalçılar bəlli oldu
Kolumbiyada keçirilən futzal üzrə dünya çemp…
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, sonuncu yarımfinalçılar Argentina və Portuqaliya olub. Portuqaliya millisi Azərbaycanı 3:2 hesabı ilə yenibsə, Argentina Misiri 5:0 hesabı ilə darmadağın edib. Son oyun gününün qalibləri yarımfinalda üz-üzə gələcək.
Sentyabrın 28-də baş tutacaq 2-ci yarımfinalda qarşılaşacaq Argentina ilə Portuqaliyanın matçı Bakı vaxtı ilə ertəsi gün saat 04:00-da başlayacaq.
Turnirin ilk finalçısı isə İran – Rusiya matçında müəyyənləşəcək. Həmin görüş bir gün əvvəl eyni saatda start götürəcək.