Bizi izləyin

Müsahibə

"Qızılca"nın hakimliyə “qovduğu” oğul: “Nə edibsə, öz bacarığı sayəsində edib”

Dünən Əliyar Ağayevin Avropa Liqasının qrup mərhələsi &cc…

blank

Dünən Əliyar Ağayevin Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Astra” (Rumıniya) oyununa təyinat alması xəbəri hamını sevindirdi.  Bu, Tofiq Bəhramov və Eldar Əzimzadədən sonra daha bir azərbyancalının dünya futbol xəritəsində parlamasına işarədi.

Bəs, kimdi Əliyar? İstedadlı hakimi yalnız yaşıl meydanlarda görüb, onun işinə qiymət verməklə iş bitmir axı! Hakimin daxili dünyasını valideynindən yaxşı kim tanıya bilər? Ələlxüsus da ki, valideyni onun cığıraçanı olsun. Söhbət sabiq yan xətt hakimi Kərim Ağayevdən gedir.

Beləliklə, gəlin FİFA referimizi atasının gözüylə tanıyaq.

– Uşaqlıq illərini necə xatırlayırsınız?
– Qeyri-adi heç nə etməmişik.  Aktiv uşaq olub. Futbola marağının olduğunu görüb, “Qarabağ”ın uşaq komandasına yazdırdıq. 2-3 il orada oynadıqdan sonra qızılça xəstəliyi keçirdi. Daha sonra 6-7 ay oynamadı deyə, futboldan ayrıldı. Bu oyuna marağı olduğundan “Sabahın ulduzları” çempionatında matçları idarə etməyə başladı.

– Oyunlarını izləyirdiniz?
– Çox nadir hallarda gedirdim. İşlədiyimə görə çox vaxtım olmurdu. Maksimum 5-6 dəfə getmişəm. Amma “Qarabağ”da normal çıxış edirdi.

– Dərslərində davamiyyəti necə idi?
– Dərslərində yaxşı idi, oxuyurdu.
 
– Valideynlər adətən uşağı təhsil və ya idman arasında  seçim qarşısında qoyur…
– Seçimi özü edib, idmana üstünlük verdi, ADBTİA-da oxudu. Sonradan AFFA-nın nəznində olan hakimlik kursuna yazıldı. Universitetdə oxuya-oxuya kurslarda da iştirak edirdi. Həmin vaxtlar mən də hakimlik etdiyimdən, oyunlarını izləməyə vaxtım olmurdu, göstəriş verirdim. Nə edibsə, öz bacarığı sayəsində edib.

– Yəqin bu sənət qandan keçib…
– Mən 8 il hakimlik etmişəm. Əvvələr SSRİ çempionatının 2-ci liqasında hakim olmuşam, daha sonra da Azərbaycan çempionatında işimi davam etdirmişəm. Yəqin bu həvəs Əliyarda da qalıb. 

– Özünüzlə oyunlara aparmısınız?
– Uşaq vaxtı aparırdım, həvəsi var idi. Məktəbli olanda küçə futbolunda da çox oynayırdı. Özü ilə danışdım, dedim ki, futbol həyatda mənə çox şey verib. Onda həvəs yaratmışdım. 

– Məlumdu ki, Azərbaycanda hakimlərin bir əli klubların cibində olur. Onu rüşvətdən necə qorumusunuz?
– Bu haqda nə mən, nə də Əliyar fikirlərşib. 17-18 yaşından bəri namaz qılır.

– Namaz qılıb, pul alan o qədər insan var ki…
– Yəqin bu yola getsəydi, indi bu səviyyəyə gəlib çatmazdı. Düzdü, bəzən səhvlər olur, futbolçular da başa düşür ki, bu, qəsdən edilməyib. Buna görə də bəzən göz yumurlar. 

– Bayaq qeyd etdiniz ki, “Sabahın ulduzları”nda 5-6 oyununa baxmısınız,oradakı idarəçiliyini görüb, hansısa iradlar bildirirdiniz? Ümumiyyətlə, o dövrdə Əliyarın AL-in qrup, 19 yaşlıların Avropa çempionatının final oyunlarını idarə edəcəyinə inanırdınız?
– Əlbəttə, oyunlarını izləyəndə səhvlərini, iradlarımı deyirdim. 19 yaşlıların yarışlarının final mərhələsinə gedəndə həm sevindim, həm də həyəcanlandım. Amma etiraf  edim ki, həlledici görüşə təyinat alacağına nə mən, nə də özü inanırdı. Pley-off mərhələsinin oyunları arxada qaldıqca turnirlə vidalaşan hakimlərin sayı artır. Finala təyinat alanda mənə zəng etdi. Soruşdum ki, evə qayıdırsan? Dedi ki, yox, finalı mənə həvalə etdilər. Sevindirci haldı ki, işinin də öhdəsindən gəldi.

– Yəqin ki, siz də yaxşı başa düşürsünüz ki, Əliyar üçün “Roma”nın oyununa təyinat almaq həlledici tramplin rolunu oynaya bilər. Əgər işi uğurlu olsa, 1-ci kateqoriyaya keçib, Çempionlar Liqasının oyunlarına təyinat alacaq. Bu barədə söhbətiniz olub?
– Ona həmişə məsuliyətinin daha çox olduğunu bildirirəm. Çünki bu yerə çatdıqdan sonra üzərində daha çox işləməlidi. UEFA bu işlərə ciddi yanaşır, əgər bacarsan, vacib qarşılaşmalara təyinat verirlər.

blank

– Mətbuat Əliyarı tənqid edəndə necə münasibət göstərirsiniz?
– Səhvləri saymaq statistikadı. Amma mütəxəssilər baxanda, onun oyunlarında irəliləyişləri görür. Səhvlər həmişə olub. Həm də həmişə tərifləmək yaxşı deyil, hərdən tənqid lazımdı.

– Bu yaxınlarda Əliyarın tənqid olunduğu əsas mövzu o oldu ki, oyunöncəsi püşkatma zamanı yerə düşən “qəpiy”i özü yox, köməkçisi götürür…
– Buna fikir verməmişəm. Özündən soruşaram. Amma deməzdim ki, bu, yaxşı haldı.

– “Roma” – “Astra” oyununa tək, yoxsa ailəvi baxacaqsınız?
– Düzü, oyunun hansı kanalda yayımlanacağını bilmirəm. Amma baxmaq istəyərdim. Evdəkilərin futboldan elə də anlayışı yoxdu, çox vaxt həyəcanlı olurlar. Olur ki, oyunda hansısa xoşagəlməz məqam zamanı məndən çox həyəcan keçirirlər. 

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Ölkə futbolu2024-04-26 14:38

Yüksək Liqa təmsilçisi çempionatdan kənarlaşdırıldı

blank
Ölkə futbolu2024-04-26 14:19

“İnklüziv futbol turniri” keçirilib

blank
Əvəzedicilər2024-04-26 14:00

Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza

blank
Ölkə futbolu2024-04-26 13:44

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

blank
Ölkə kuboku2024-04-26 13:30

“Qarabağ” kubok matçına görə 800 manat cərimə ödəyəcək

blank
Premyer-liqa2024-04-26 13:17

Premyer Liqanın üç klubu kənar şəxslərə görə cərimələndi

blank
Digər idman növləri2024-04-26 13:00

Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlandı

blank
Digər idman növləri2024-04-26 12:42

Formula 1 tarixinin ən böyük konstruktoru komandadan gedir

blank
Ölkə futbolu2024-04-26 12:25

Mahir Emrelidən milliyə dəstək, Hidayət Heydərova hədiyyə

blank
Müsahibə2024-04-26 12:11

Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”

blank
Dünya futbolu2024-04-26 11:54

Stadionun yanında bomba tapıldı

blank
Dünya futbolu2024-04-26 11:39

Dünyanın 10 ən yaxşı qapıçısı

blank
Ölkə futbolu2024-04-26 11:24

AFFA “Neftçi”nin istəyini rədd etdi

blank
Digər idman növləri2024-04-26 11:07

Embiidin 50 xalı Filadelfiya komandasını seriyada önə çıxartdı

blank
Digər idman növləri2024-04-26 10:50

“Real” fərqi artırdı

blank
Digər idman növləri2024-04-26 10:32

Zaqrebdə növbəti sınaqlar

blank
Ölkə futbolu2024-04-26 10:17

Samir Abasov Laporta ilə görüşdü

blank
Digər2024-04-26 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-26 09:42

Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir

blank
Digər idman növləri2024-04-26 09:25

“Ferrari” ilə HP arasındakı müqavilənin dəyəri

blank
Ölkə futbolu2024-04-26 09:08

“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”

blank
Digər idman növləri2024-04-26 08:51

Basketbolçular məktəbdə sorğu-suala tutuldu

blank
Dünya futbolu2024-04-26 08:34

Muslera milli karyerasını başa vurdu

blank
Dünya futbolu2024-04-26 08:17

Musa Qurbanlı oynamadı, komandası uduzdu

blank
Ölkə futbolu2024-04-26 08:00

Juninyo – Avropanın ən yaxşı braziliyalısı

blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm