Milli komanda
Azərbaycanla oyun öncəsi Çexiya millisində itki
Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsind?…
Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Çexiya yığması itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, bunu Çexiya yığmasının meneceri Yaromir Şeterle deyib.
O bildirib ki, hücumçu Milan Şkoda yığmanın düşərgəsinə zədəli gəlib. Çexiya çempionatının ötən turunda “Karvina” ilə qarşılaşmanın son dəqiqələrində zədələnən “Slaviya”nın forvardın durumu qeyri-müəyyəndi.
Heyətə sonradan cəlb edilən 30 yaşlı futbolçunun oktyabrın 8-də Almaniya ilə Hamburqda keçiriləcək matçda iştirak etməyəcəyi dəqiqdi. Şkoda qısa müddətdə sıraya dönərsə, Azərbaycanla oktyabrın 11-də evdə baş tutacaq görüşdə məşqçilər korpusunun ixtiyarında olacaq. Baş məşqçi Karel Yarolim forvardın yığmamızla qarşılaşmaya hazır olacağına inandığı üçün onun yerinə heç kimə dəvət göndərməyib.
Qeyd edək ki, Çexiya – Azərbaycan oyunu Ostrava şəhərinin “Munisipial” stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”