Ölkə kuboku
"Turan Tovuz"la "Qaradağ Lökbatan" 1/8 finalda!
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövs&uum…
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilib. Futbolinfo.az xəbər verir ki, yarışın 1/16 final mərhələsində Birinci Divizionun 4 klubu iştirak edib.
“Turan Tovuz” doğma meydanda “Bakılı” ilə münasibətlərinə aydınlıq gətirib. Kubokun yeni mövsümündə ilk qola imza atan meydan sahiblərinin hücumçusu Rəhman Hacıyevin həm də het-trikə imza atdığı qarşılaşmada tovuzlular 4 cavabsız topla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.
“Şəmkir” isə “Qaradağ Lökbatan”la qarşılaşıb. Üç qolun vurulduğu bu oyunda isə qələbə qonaq komandaya qismət olub. Nəticədən, "Qaradağ Lökbatan" da 1/8 finala yüksəlib.
Azərbaycan Kuboku
1/16 final
12 oktyabr
“Turan Tovuz” – “Bakılı” – 4:0 (1:0)
Qollar: Rəhman Musayev, 27 (1:0). Rəhman Musayev, 61 (2:0). Rəhman Musayev, 68 (3:0). Tuqay Alhüseynli, 71 (4:0).
Hakimlər: Orxan Məmmədov, Vüsal Qənbərov, Cəmil Quliyev, Rəşad Əhmədov.
Tovuz şəhər stadionu.
"Şəmkir” – “Qaradağ Lökbatan” – 1:2 (1:1)
Qollar: Rüfət Məmmədov, 42 (0:1). Şahin Baleljae, 45 (1:1). Bəxtiyar Soltanov, 90 (1:2).
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Elgün Hüseynov .
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.
Qeyd edək ki, “Turan Tovuz” 1/8 finalda "Zirə", “Qaradağ Lökbatan” isə "İnter"lə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”