Dünya futbolu
"Qəbələ"nin rəqibi ev oyununda xal itirdi – VİDEO
Futbol üzrə Fransa çempionatında 9-cu turun oyunları ke…
Futbol üzrə Fransa çempionatında 9-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Dijon"la qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Qeyd edək ki, "Sent-Etyen" 13 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.