Dünya futbolu
Şeydayev ehtiyatda qaldı, "Trabzonspor" qol vura bilmədi
Futbol üzrə Türkiyə Super Liqasında 7-ci turun oyunları …
Futbol üzrə Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası – "Trabzonspor" da növbəti matçına çıxıb.
Trabzon təmsilçisi doğma meydanda "Akhisar"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
İlk altı turdan fərqli olaraq, Ramilin adı bu görüşün iştirak ərizəsində yer alıb. Amma baş məşqçi Ərsun Yanal yenə onu meydana buraxmayıb.
Qeyd edək ki, "Trabzonspor" 7 turdan sonra 7 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”