Dünya futbolu
Dəniz Yılmaz "Osmanlıspor"a qarşı 90 dəqiqə oynadı
Futbol üzrə Türkiyə Super Liqasında 7-ci turun oyunları …
Futbol üzrə Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu doğma meydanda "Osmanlıspor"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
FİFA tərəfindən yığmamızda oynamasına razılıq verilmiş, amma uzun müddət idi zədə səbəbindən oynamayan D.Yılmaz nəhayət ki, bu görüşdə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Bursaspor" hazırda 13 xalla 18 klub arasında 4-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”