Ölkə futbolu
"Qarabağ" – PAOK matçı israilli hakimlərə tapşırıldı
Avropa Liqasının qrup mərhələsi çərçivəsində &qu…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" və Yunanıstanın PAOK klubu arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, UEFA bu görüşü israildən olan hakimlərə həvalə edib.
Qarşılaşmanın baş hakimi Alon Yefet olacaq. Ona yan xətt hakimləri Danni Krasikov, Nissan Davidi, eləcə də qapı arxasında dayanacaq Roy Reynşyeyberlə Ziv Adler kömək edəcək. Dördüncü hakim funksiyasını isə Kirill Balikin yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ" – PAOK matçı oktyabrın 20-də Bakıda, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO