Premyer-liqa
AZAL ilk qələbə, “Zirə” növbəti 3 xal arzusunda
Topaz Premyer Liqasında 9-cu tur davam edir. Futbolinfo.az saytı xə…
Topaz Premyer Liqasında 9-cu tur davam edir. Futbolinfo.az saytı xəbər verir ki, ikinci oyun günündə daha bir matç keçiriləcək. Axşama doğru AZAL Şüvəlanda “Zirə”ni qonaq edəcək.
16:00 AZAL – “Zirə”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Xaqani Məmmədov.
“AZAL Arena” (3500 yerlik).
Heyət və maddi baxımdan problemləri olan AZAL-ın durumu heç də ürəkaçan deyil. Belə bir vəziyyətdə “təyyarəçilər”in cari mövsümdə qələbə üzü görməyən yeganə komanda olması kimsəni təəccübləndirməməlidir. Sonuncu pillədə yer alan meydan sahibləri rəqibləri ilə müqayisədə aşkar zəif olduğundan bütün matçlarda çətinliklə üzləşirlər. Bugünkü qarşılaşma da istisna olmayacaq.
“Zirə” iddialılarla eyni cərgədə olmasa da, qələbənin dadını bilir. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv cari mövsümdə 3 dəfə 3 xala sevinib ki, bunlardan da 2-si “Neftçi” ilə duellərdə olub (1:0 və 2:0).
Qonaq komanda digər qələbəsini isə AZAL-la ilk dövrədəki ev oyununda əldə edib – 3:1. Həmin qarşılaşmada “Zirə”nin heyətində Gerhard Proqni 2 qol vurmuş, Elvin Məmmədov isə penaltidən fərqlənmişdi. “Təyyarəçilər”in yeganə qolunun müəllifi isə David Canelidze olmuşdu.
STATİSTİKA: 5 oyun, +1, =1, -3, top fərqi 5-9
İLK DÖVRƏ: 1:3
OYUNDAN NOTLAR
– Ötən tur “Neftçi” ilə oyunda mövsümdə 4-cü sarı vərəqəsini alan Vüqar Mustafayev AZAL-a qarşı forma geyinməyəcək.
– AZAL-ın heyətində ciddi zədədən əziyyət çəkən futbolçu yoxdur.
– “Zirə”də isə Elvin Məmmədovla Yovan Krneta zədə üzündən oymayacaqlar.
REFERİ
Rauf Cabbarov cari mövsümdə 3 oyun idarə edib, onlardan biri – “Zirə”nin iştirakı ilə reallaşıb. “Qarabağ”ın qonağı olan Adil Şükürovun komandası 2 cavabsız qolla uduzub. Digər iki matç isə “Qəbələ” – “İnter” (0:0) və “Qəbələ” – “Sumqayıt”dı (2:0).
FƏRİD
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO