Bizi izləyin

Müsahibə

Orxan Hüseynzadə: "Neftçi" azarkeşlərindən səbrli olmağı xahiş edirəm"

Futbolinfo.az sizi "Neftçi” PFK-nın icraçı …

blank

Futbolinfo.az sizi "Neftçi” PFK-nın icraçı direktoru Orxan Hüseynzadənin müsahibəsi ilə tanış edir.

– Klubdakı son yerdəyişmə çoxlarını maraqlandırır. Siz icraçı direktor vəzifəsinə təyin olundunuz, Elnur Eyvazov isə müavininiz oldu. Bunun səbəbi nədir?
– Bu dəyişiklər klubdakı iş fəaliyyətinin səmərəliliyini artırmağa hesablanıb. Mənimlə maliyyə məsələləri üzrə müavin Elnur Eyvazov arasında vəzifə borcumuz dəqiq müəyyənləşdirilib. O, bizim maliyyə məsələlərini qaydasına salır, marketinqin işinə, təchizat şöbəsinə cavabdehlik daşıyır, təhlükəsizlik xidmətinə nəzarət edir. İdmanın – əsas və əvəzedici komandaların, akademiyanın, seleksiya xidmətinin, beynəlxalq departamentin "yük”ü isə mənim üzərimə düşür.

– Vacib suallardan biri də baş məşqçi ilə bağlıdır. Qış fasiləsinin yekun nəticəsinə görə Elxan Abdullayev komandada qalacaq?
– Əvvəla bildirim ki, klub hazırda Elxan Abdullayevin, eyni zamanda həm "Neftçi”nin baş məşqçisi, həm də milli komandanın məşqçisi vəzifəsini yerinə yetirməsinə etiraz etmir. Sevindiricidir ki, millinin son uğurlarında baş məşqçimizin böyük rolu var və ümid edirik, o, yığma komandada olan müsbət abu-havanı "Neftçi”yə də daşıya biləcək. Biz onu seçim qarşısında qoymuruq. Bundan əlavə, "Neftçi”nin klub komandalarının baş inzibatçısı milli komandada da həmin vəzifəni yerinə yetirən İslam Abbasovdur.

– Katalin Tiranın iştirak etdiyi son hadisə ilə bağlı nə deyə bilərsiniz?
– Klub artıq Tira ilə bağlı qərar verib. O, əvvəlcə komandanın məşqlərindən kənarlaşdırılıb. Yekun qərar isə yaxın günlərdə qəbul ediləcək, çünki bu proses vaxt tələb edir.

– Azarkeşlər Tiranın hərəkətlərinə etirazlarını bildirirlər.
– Mən onları gözəl anlayıram. Heç bir futbolçunun azarkeşi vurmağa haqqı yoxdur. Eyni zamanda, azarkeşlərə müraciət etmək istəyirəm. Burada olduğum qısa müddət ərzində onların "Neftçi”ni necə çox sevdiyini, klubun onlar üçün necə əziz olduğunu anladım. Azarkeşlər bu barədə bizimlə çox danışıblar. Amma indi komanda çətin günlərini yaşayır, nəticələr də bundan xəbər verir. Bununla belə, biz xüsusilə son oyunlarda futbolçuları istək və cəhd çatışmazlığına görə qınaya bilmərik. Əgər azarkeş komandanın göstərdiyi nəticədən narazıdırsa, o, 70-ci dəqiqədən başlayaraq hamını istefaya səsləmək əvəzinə, etirazını oyundan sonra da bildirə bilər. Bu, futbolçuların oyuna köklənməsinə pis təsir edir. Azarkeşlərimizdən səbrli olmağı və komandanın böhrandan çıxmasına kömək etməyi xahiş edirəm.

– Bu mövsüm əsas komandanın qarşısına hansısa məqsəd qoyulub?
– Hər şeyə real baxmaq lazımdır. İndi hansısa yüksək məqsədlərdən danışmaq çətindir. Belə deyək: bizə qış fasiləsinədək mümkün qədər çox xal toplamaq, ilk "dördlük”də qərarlaşmış komanlarla xal fərqini azaltmaq, Azərbaycan Kubokunda iki mərhələ adlamaq, bundan sonra tam halda təlim-məşq toplanışı keçmək və mümkün qədər güclənmək lazımdır.

– Eyni zamanda, əvəzedici və yeniyetmələrdən ibarət komandalar nəticələri ilə sevindirir.
– Bəli, yeniyetmə komandalarımızın çoxu öz liqalarında liderdir. Akademiyanın işindən çox razıyam. U-19 komandamıza böyük ümidlər bəsləyirik, Çempionlar Liqasının analoqu olan UEFA Gənclər Liqasına vəsiqə qazanmağı arzulayırıq. Bu bizim gələk uğurlarımızın zamini və bünövrəsidir. (klub saytı)

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-25 11:01

Xavinin qalacağı təsdiqləndi

blank
Dünya futbolu2024-04-25 10:44

Premyer Liqada yeni antirekord

blank
Ölkə futbolu2024-04-25 10:27

“Qarabağ” “Neftçi”yə çatdı

blank
Ölkə futbolu2024-04-25 10:10

Sxadadzenin və “Neftçi”nin fiaskosu

blank
Premyer-liqa2024-04-25 09:55

Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-04-25 09:38

“Zirə” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-25 09:21

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm