Ölkə futbolu
Pit: "Təklif gəlsə, oynayaram"
"Neftçi" – "İnter" matçını izl?…
"Neftçi" – "İnter" matçını izləyənlər arasında maraqlı sima diqqətimizi çəkdi. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında sabiq "Xəzər Lənkəran"lı Adrian Pit də var. O, meneceri Tural Əsgərovla birlikdə matçı izləyir.
Artıq 5 gündü Bakıda olan oyunçunun dediyinə görə, buradakı dostlarını ziyarət etməyə gəlib. Pit paytaxtımızda sabiq komanda yoldaşları Rahid Əmirquliyev və Adrian Skarlatake ilə görüşüb. Onun hələ 10 gün də Bakıda qalacağı gözlənilir.
Futbolçu "Futbolinfo"ya açıqlamasında "Neftçi"dən təklif gəlsə, oynayaram" deməyi də lazım bildi.
Əldə etdiyimiz digər məlumata görə, Adrian Pitin Bakıya gəlişinin səbəbi "Bank Standart"dakı əmanəti ilə bağlıdır. Belə ki, adıçəkilən bank bağlandığından futbolçu pulunu geri almaq üçün qayıdıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”