Ölkə kuboku
Zaur Svanadze: "İlk yarıda pis, ikinci yarıda yaxşı çıxış etdik"
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan …
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ Lökbatan"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"İlk hissәdә çox pis oynadıq. Amma ikinci hissәni yaxşı keçirdik. Düşündüklәrimizi etdik. İlk hissәdәki zәif oyunumuzun sәbәbini bilmirdik. Yәqin ki, problem motivasiya ilә bağlı idi. Halbuki oyundan әvvәl motivasiya olmuşduq. Uşaqlar akademik cәhәtdәn daha üstün olduqlarını düşünürdülәr".
Svanadze komandanın әks-hücumlarda oynamasından danışıb: "Bunu "Qarabağ"la oyunun hazırlığı kimi düşünmürdük. Sadәcә, matçın gedişindә belә alındı. Yәni özünüz dә gördünüz ki, daha çox hücumda olmağa çalışırıq".
Gürcü mәşqçi tәlim-mәşq toplanışından danışıb: "Türkiyәdә tәlim-mәşq toplanışını planlaşdırırıq. Amma tәfərrüatlar hələ bәlli deyil".
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”