Bizi izləyin

Ölkə futbolu

“Bənövşə”ni solduracaq heyət

“Qarabağ”ı Avropa Liqasının qrup mərhələsinin ən v…

blank

“Qarabağ”ı Avropa Liqasının qrup mərhələsinin ən vacib oyunundan 2 gün ayırır. İndi hamı əlində kalkulyator xorvatiyalı İvan Bebekin start fitini gözləyir. İtalyanların “hansı rəqsi ifa edəcəklərini” bir kənara qoyub, Azərbaycan çempionunun ideal “11-liy”ini müəyyənləşdirməyə çalışaq.

Çərçivədə İbrahim Şehiçin yer alacağına şübhə edən çətin ki, tapıla. Müdafiənin mərkəzində Rəşad Sadıqovun Bədavi Hüseynova yoldaş olacağına ümidlər olduqca böyükdü. Çünki kapitanı layiqincə əvəz edə biləcək futbolçu Qurban Qurbanovun arsenalında yoxdu. Məcburiyyətdən bəzi hallarda bu mövqeyə çəkilən Maksim Medvedev isə sarı vərəqə limitinə görə, italyanlara qarşı forma geyinməyəcək. Qalır Elvin Yunuszadə… Sadıqovun müalicəsini yarımçıq saxlamasının səbəbi də məhz göstərdiyimiz amillərdi. Təcrübəli müdafiəçinin ideal formada olmasa belə, komanda yoldaşlarına ruh yüksəkliyi gətirəcəyinə heç bir şübhə yoxdu. Müdafiənin mərkəzində qərarlaşacaq Bədavidən də çox şey asılıdı. Daha gənc, daha sürətli Hüseynov Rəşadı daim sığortalamalıdı.

Cinah müdafiəçisi mövqeyi haqda da birmənalı fikir bildirmək olduqca çətindi. Doğrudu, sol qanad mövzusunun cavabı lakonikdi. Ansi Aqolli deyir ki, “bu cinah mənlikdi”. Ancaq əks tərəfdə qərarlaşacaq futbolçunun kimliyi xeyli sual doğurur.  Şans qazandığı bütün oyunlarda özünü müsbət tərəfdən göstərən İlqar Qurbanov daha ağır sınaqlar zamanı Arif Daşdəmirova uduzur. Ancaq Qurban Qurbanov Maksın yoxluğunda məhz bu iki isim arasında seçim etməlidi. Arif cari mövsümdə meydana çıxdığı oyunlarda (istər “Qarabağ”da, istərsə də millidə) çoxsaylı səhvlərlə yadda qalıb. İlk baxışdan baş məşqçi həmsoyadına güvənməlidi. Ancaq iki məqam var ki, bunu unutmamalıyıq. Əvvəla, İlqar ortabab rəqiblərlə oyunda özünü ən yaxşı tərəfdən göstərib. Onun yüksək sürət təklif edən rəqiblə oyunda fiziki cəhətdən 90 dəqiqə tab gətirməsi müzakirə predmetidi. Deməli, baş məşqçi daim bu müdafiəçini əvəzələyəcəyini göz önünə almalıdı. Belədə, ortaya sual çıxır ki, rəqib qapısına qol vurmaq tələb olunarsa, müdafiəçini müdafiəçiylə əvəzləmək çempionumuza hansı dividendi gətirəcək ki? İkinci məqamın adı isə “daxili mətbəx”di. Qurban Qurbanovdan yaxşı buna bələd olan yoxdu. Çünki fiziki və taktiki hazırlıqdan savayı, bu cür qarşılaşmalarda psixoloji amil də ön plana çıxır. Hər halda müəllif fikrimizi təqdim edə bilərik: İlqar daha çox fayda verər.

Miçel Madeyra “Qarabağ”ın “2-ci mərtəbə”də “xilaskar çubuğu”du. İspaniyalı yarımmüdafiəçi bunu dəfələrlə möhtəşəm qolları ilə sübuta yetirib. Lakin o da “Fiorentina”ya qarşı “sarı limit”ə görə iştirak edə bilməyəcək. Dayaq yarımmüdafiəçisi mövqeyi ilə bağlı ilk baxışdan Qara Qarayevin yeri şübhə doğurmur. Ancaq Coşqun Diniyevin “Qəbələ”yə qarşı məlum qalmaqallı matçın sonlarında oyuna daxil olaraq, taleyüklü ötürmələri Qurban Qurbanovu dillemma qarşısında qoya bilər. Məsələ burasındadı ki, Qarayev ancaq qara işin mahir ustasıdı. Bu səbəbdən də istənilən rəqibin əsas diqqəti Riçard Almeydaya yönəlir. Diniyevli “Qarabağ” isə iki cəbhədən təhlükəli ola bilər. 

Ancaq oyuna starteji baxımdan qiymət vermək də lazımdı. Ağdamlıların ilk dəqiqələrdən hücuma atılacağı inandırıcı görünmür. Çünki Yunanıstanda PAOK – “Slovan” qarşılaşması “sülh”lə bitərsə, Bakıdakı görüşün hər iki iştirakçısına heç-heçə sərf edəcək. Bütün hallarda, “süvarilər”in ilk dəqiqələrdən irəli atılacağı inandırıcı deyil. Başqa sözlə, Coşqun böyük ehtimalla “təcili yardım” rolunu oynayacaq: qol tələb olunarsa, matçın son 20 dəqiqəsində Qaranın əvəzinə döyüşə atıla bilər.

Hücumameylli yarımmüdafiəçi mövqeyində isə Rahid Əmirquliyev şəriksiz görünür. Doğrudu, Qurban Qurbanov sürpriz də edə bilər. Elə həmin Coşqunu məhz hücumameylli yarımmüdafiəçi kimi istifadə etməklə. Ancaq bu, az inandırıcı görünür. Çünki “Fiorentina” ilə matç eksperimentlər meydanı deyil.

Maraqlıdı ki, “Qəbələ”yə qarşı oyun ağdamlıların baş məşqçisini daha bir dilemma qarşısında qoydu: Əfran İsmayılov ehtiyat oyunçular skamyası ilə barışmadığını hər addımı ilə ortaya qoymağı bacardı. Dani Kintana daha çevik, onun fərdi qaydada topla davranışı daha göz oxşayan olsa da, Əfranın həlledici ötürmə bacarığı daha üstündü. Ancaq az öncə qeyd etdiyimiz kimi, baş məşqçinin heyətdə ciddi islahata əl atacağı inandırıcı deyil. Sağ cinahda ispaniyalı əsas fiqur kimi görünsə də, 2-ci hissənin istənilən dəqiqəsində Əfran döyüşə atıla bilər.

Yarımmüdafiənin sol cinahında isə nəhayət ki, əvvəlki Reynaldonu görmək istəyərdik. Braziliyalı futbolçu zədəyə meylli olduğundan, cari mövsüm heç cür formasının zirvəsinə yüksələ bilmir. Təki “Fiorentina” ilə oyun dönüş nöqtəsi olsun. Ancaq çətin ki, Reynaldo 90 dəqiqə meydanda qalsın. Həlledici oyunlarda dəfələrlə xilaskar obrazında ortaya çıxan Muarem Muarem yarımmüdafiənin bu qanadını gücləndirmək iqtidarındadı. Hətta ola bilər ki, əksi baş versin və braziliyalı oyunun sonlarına yaxın döyüşə atılsın.

Hücum xətti ilə bağlı geniş müzakirəyə ehtiyac yoxdu. Mahir Mədətov bu cür oyunlar üçün bişməyib. Dino Ndlovu isə kifayət qədər yaxşı forma yığıb. Təki cənubi afrikalı “bənövşələri solduran” qolu vuraraq, formasına dair yazdıqlarımızda yanılmadığımızı ortaya qoymağı bacarsın.

Qurban Qurbanovun start heyətini müəyyənləşdirmək üçün ixtiyarında 2 gün qalır. Kimə ilk dəqiqələrdən güvənəciyindən asılı olmayaraq, qalib gəlmək üçün çempionumuz mövsümdə ən yaxşı oyununu sərgiləməlidi. Səfərbərlik isə davam edir: hər kəs və hər şey “Qarabağ” üçün!

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Əvəzedicilər2024-05-06 19:29

“Sabah”ın əvəzedicilərindən 8 qolluq darmadağın

blank
Premyer-liqa2024-05-06 19:02

“Səbail” “Qəbələ”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-06 19:00

Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb

blank
Digər idman növləri2024-05-06 18:38

Romadakı turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-05-06 18:19

Nazir Avropa çempionunu qəbul etdi

blank
Digər idman növləri2024-05-06 18:00

Bakı dünyanın “İdman Paytaxtı” seçilib

blank
Digər idman növləri2024-05-06 17:45

AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü

blank
Dünya futbolu2024-05-06 17:31

Ferran icarəyə gedəcək

blank
Digər idman növləri2024-05-06 17:17

Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal

blank
Digər idman növləri2024-05-06 17:02

“Kür” və “Bakı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-06 16:48

Ulduz cütlük ayrıldı

blank
Digər idman növləri2024-05-06 16:31

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

blank
Digər idman növləri2024-05-06 16:16

Azərbaycanı AÇ-də 22 samboçu təmsil edəcək

blank
Ölkə futbolu2024-05-06 16:01

Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”

blank
Dünya futbolu2024-05-06 15:47

“Tottenhem” Riçarlisondan narazıdır

blank
Milli komanda2024-05-06 15:32

Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-06 15:15

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Ölkə futbolu2024-05-06 14:31

“Araz-Naxçıvan”ın kapitanı: “Sözümüzü meydanda deyəcəyik”

blank
Ölkə futbolu2024-05-06 14:16

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlandı

blank
Digər idman növləri2024-05-06 14:00

“Real” Korkmazla müqavilə imzalamağa yaxındır

blank
Ölkə futbolu2024-05-06 13:45

Qapıçının ilk qol ötürməsi

blank
Digər2024-05-06 13:28

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

blank
Milli komanda2024-05-06 13:09

Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”

blank
Digər idman növləri2024-05-06 12:52

“Yarımfinal daha sərt keçəcək” – “Xəzri”nin baş məşqçisi

blank
Digər idman növləri2024-05-06 12:35

ATP-nin yeni reytinq cədvəli

blank
Digər idman növləri2024-05-06 12:18

Mitçellin məhsuldarlığı komandasının işinə yaradı

blank
Digər idman növləri2024-05-06 12:01

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi keçirilir

blank
Ölkə futbolu2024-05-06 11:44

FİF Qərb klublarını Gəncəyə topladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm