Premyer-liqa
Yubiley oyununda yubiley məğlubiyyəti
“Zirə” Topaz Premyer Liqasında 50-ci oyununu keçi…
“Zirə” Topaz Premyer Liqasında 50-ci oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, yubiley oyununda “Sumqayıt”ın qonağı olan bakılılar 0:1 hesabı ilə məğlub olub.
14-cü turun görüşündəki yubiley məğlubiyyət sayında da əlamətdar rəqəmə çatıb. Belə ki, qəsəbə təmsilçisi 15-ci dəfə məğlubiyyət acısı yaşayıb. Hesabında 21 qələbə və 14 heç-heçə olan komanda 53 qol vurub, 46-sını buraxıb. Bu qarşılaşma “Zirə”nin Premyer Liqadakı 25-ci səfər oyunu olub. Rəqib meydanında 10-cu dəfə uduzan komanda səfərdə 6 qələbə və 9 heç-heçəyə sevinib. Meydan sahiblərini 18 dəfə məyus edən zirəlilər 23 qol buraxıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”