Ölkə futbolu
Ağabala Ramazanov “Neftçi”dən təklif aldığını təsdiqlədi
Qış transfer dövründə ən fəal klublardan olan “Ne…
Qış transfer dövründə ən fəal klublardan olan “Neftçi” boş durmur. Futbolinfo.az xəbər verir ki, Namiq Ələsgərov və Georgi Navalovski ilə müqavilə bağlayan “ağ-qaralar” indi də “İnter”in hücumçusu Ağabala Ramazanova göz dikib.
Artıq futbolçuya rəsmi təklif də irəli sürülüb. Saytımıza açıqlama verən Ramazanov özü də xəbəri təsdiqlədi:
“Hələ ki, konkret bir şey yoxdu. “Neftçi”dən təklif var. Menecerimlə əlaqə saxlayıblar. “Neftçi”dən başqa 2 yerli, 2 əcnəbi klubdan təklifim var. Düzdü, bu haqda danışmaq istəmirəm. Çünki “İnter”lə 6 aylıq müqaviləm var. Yaxın 1-2 gündə klub rəhbərliyi ilə danışacam, bundan sonra komandadan gedib-getməyəcəyim bəlli olacaq”.
Qeyd edək ki, Ramazanov cari mövsümün əvvəlindən “bankirlər”in şərəfini qoruyur.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”