Dünya futbolu
Ufuk Budakdan uğurlu debüt
Futbol üzrə Türkiyə 1-ci liqasında 20-ci turun oyunları …
Futbol üzrə Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın yeni komandası – "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə Budağın sabiq komandası – "Əskişəhərspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan inamlı qələbə ilə ayrılıb – 5:1.
Ufuk məhz keçmiş komandası ilə oyunda debüt edib. 90 dəqiqə meydanda olan millimizin üzvü üçün görüş kifayət qədər uğurlu alınıb. Belə ki, darmadağının əsasını məhz 38-ci dəqiqədə hesabı açan Budak qoyub.
"Manisaspor" hazırda 20 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO