Müsahibə
Maksim Medvedev: "Başqa yolumuz yoxdu"
“Qəbələ” ilə səfər matçından sonra “Qa…
“Qəbələ” ilə səfər matçından sonra “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandırıb.
– Oyun haqqında fikirlərinizi bildirərdin…
– Maraqlı oyun oldu. Hər iki komanda vacib matç olduğunu bilirdi, meydanda ürəklə vuruşurdular. Futboldu, məğlubiyyət də mümkündü. Nə qədər istəməsən də bu nəticə ilə üzləşməli olursan. Növbəti matçlarda qələbəyə oynayacağıq. Çünki zirvədə qalmaq istəyiriksə, başqa yolumuz yoxdu.
– “Qəbələ”nin qələbə qazanması çempionluq yarışına nə dərəcədə təsir etdi?
– İki komanda arasında çempionluq yarışı daha da gərgin hal alıb. Keçən il 6 xal geri qalsaq da, sonradan çempion olduq. Unutmayaq ki, bizim evdə daha bir oyunumuz var. Çalışıb digər oyunlarda daha diqqətli olmalıyıq.
– Düşünmürsən ki, oyunu yaxşı səviyyədə oynasaz da, sonda sanki nəsə çatışmırdı?
– Mən müadafiədə çıxış edirəm. Bütün oyunu görə bilirəm. Biz daha üstün oynayırdıq, meydanda daha çox hərəkət edirdik, ancaq son anda həlledici məqamda nəsə çatışmırdı. Məsələn, deyək ki, bu görüşdə 20 dəfə cinah asması elədik, ancaq bir dənə də qol vura bilmədik. Sadəcə epizodlar üzərində daha çox işləmək lazımdı. Son toxunuş çatışmır.
– İqlim şəraiti oyunun gedişinə nə dərəcədə təsir etdi?
– Külək yox idi, soyuq da olsa, bir az bədən qızışandan sonra oynamaq ləzzət edirdi. Ümumiyyətlə, azarkeşlər də əla atmosfer yaratmışdılar.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”