Dünya futbolu
Nəsirovsuz "Sportinq" bir xalla kifayətləndi
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 28-ci t…
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 28-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Jil Visente" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Xeyli müddətdi zədəli olan Nəsirov bu matçın da iştirakçısı olmayıb.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 28 xalla 22 komanda arasında 21-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”