Dünya futbolu
Dadaşov het-trikə imza atdı, komandası qalib gəldi
Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə bir…
Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 21-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasında oynamağa razılıq verən Renat Dadaşovlu “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Ştuttqarter Kikkers"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:1.
Dadaşov start heyətdə başladığı bu oyunun 84-cü dəqiqəsində əvəzlənib. Bu vaxt ərzində isə o, het-trikə imza atıb. Belə ki, 17, 45 və 49-cu dəqiqələrdə fərqlənən futbolçumuz komandasının qələbəsinə möhtəşəm töhfə verib.
Hazırda futbolçumuzun komandası 28 xalla 14 klub arasında 8-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”