Dünya futbolu
Dadaşov komandasını məğlubiyyətdən xilas etdi
Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə bir…
Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasında oynamağa razılıq verən Renat Dadaşovlu “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Hoffenhaym"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Dadaşov start heyətdə başladığı bu oyunun sonunadək meydanda olub. Millimizin Almaniya ilə seçmə mərhələ matçına dəvət alan üzvü bu görüşün 76-cı dəqiqəsində vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.
Hazırda futbolçumuzun komandası 29 xalla 14 klub arasında 6-cı pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”