Bizi izləyin

Müsahibə

Kvekveskiri: “Dinamo”ya qayıtmağı arzulayıram”

“Qəbələ”nin və Gürcüstan yığmasının yar?…

blank

“Qəbələ”nin və Gürcüstan yığmasının yarımmüdafiəçisi Nika Kvekveskiri “sportall.ge” saytında oxuyucuların suallarını cavablandırıb. Futbolinfo.az sizə həmin rubrikanı təqdim edir:

– Hər birinizi salamlayıram. Qonaq kimi məni dəvət etdiyiniz üçün təşəkkür edirəm, həm sizə, həm də oxuyuculara. Layihənizə uğurlar arzu edirəm.

– Nika, Serbiya və Latviyaya qarşı çox gözəl oyun nümayiş etdirdin. Əminəm ki, Pep Qvardiola sənin bu oyununu görsəydi, “Mançester Siti”yə dəvət edərdi. Xabi Alonso, Daniele de Rossi kimi oyunçuların stilində oynayırsan. Bu, sizdə ancaq istedada bağlıdı, yoxsa Andrea Pirlo kimi nəzəri biliklərə sahibsiz?
– Belə qiymətləndirmə üçün təşəkkür edirəm. Oyunlarımın videosunu Pep Qvardiolaya göndərmək lazımdı (gülür). İstedadla yanaşı, səndə düşüncə qabiliyyəti də olmalıdı. Bunlar hamısı vəhdət təşkil etməlidi. Xoşbxətlikdən əvvələr olduğu kimi, indi də güclü məşqçilərlə işləyirəm. Əlbəttə, mövqeyimdə çıxış edən digər oyunçuları, həm də ulduzları izləyirəm və özümü inkişaf etdirirəm. 

– Uşaq vaxtından kumiriniz olan hansısa oyunçu ilə formanızı dəyişmisiz?
– Kumirim olan oyunçularla forma dəyişdirməmişəm. Mən onlarla ancaq yuxuda qarşılaşa bilərəm. 

– Nika, sizin “Kolxeti”yə vurduğunuz qolu hələ də xatırlayıram. Onda çox gənc idin. O oyundan sonra milliyə də dəvət aldın.
– Doğru söyləyirsiz. Onda millidə Kaxa Kaladze, Levan Kobiaşvişi, Aleksandr İaşvili, Malxaz Asatiani, Zurab Xizanişvili kimi oyunçular var idi. Mənim üçün böyük xoşbəxtlik idi. Həmin gündən artıq 7 il keçib. Ümid edirəm ki, hər şey qaydasında davam edər.

– Siz milli komandaların bütün yaş qruplarında oynamısız. Bu hissləri anlada bilərsiz?
– Bunu 3 sözlə ifadə etmək istəyirəm: sevgi, məsuliyyət, fəxr!

– Milli çempionatımızı izləyirsiz? Məslən, bizdə “Dinamo” kimi klub necə etsin ki, “Qəbələ” kimi Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etsin?
– Bəli, mütəmadi olaraq izləyirəm. Çempionluq üçün yaxşı infrastruktur və maliyyə dəstəyi lazımdı. Yaxşı maliyyə ilə “Dinamo” qrup mərhələsinin qapısını aralaya bilər. Gürcüstanda istedadlı futbolçular çoxdu və ölkəmizdə inkişaf var.

– Mən sizin soyadınızı tələffüz edərkən çətinlik çəkirəm (gülür). Bəs azərbaycanlılar?
– Uşaqlıqdan futbola gedəndə Kvekve yazdırırdım köynəyimə. Soyadımı tələffüz etmək çətindi. Ailə üzvlərim də tələffüz zamnı problemlə üzləşir (gülür). Hesab edirəm ki, azərbaycanlılar da çətinlik çəkər (gülür).

– “Dila”dan sonra Bakı “İnter”inə getdiniz. Daha sonra isə “Qəbələ”yə keçdiniz və Avropa Liqasının qrup mərhələsində çıxış etdiniz. İnkişafınızda “Qəbələ”nin nə rolu var?
– Bəli, Avropa Liqasında yaxşı təcrübə qazandım. İnkişafımda “Qəbələ” böyük rol oynayır.

– Təcrübəli futbolçu kimi gənc oyunçulara məsləhət verərdiz…
– Sizə pis oyunçu deyənlərə qulaq asın, əksini deyənləri isə dinləməyin (gülür).  Sizə yol göstərən adamları dinləyin və işə peşəkar yanaşın.

– Azərbaycan və Gürcüstan çempionatlarının nə fərqi var?
– Təəssüflə deməliyəm ki, “Qarabağ” və “Qəbələ” klubları ölkəmizin klublarından səviyyə baxımından çox irəlidədir. Çempionatlar arasında isə fərq böyük deyil.
 
– Hazırda hansı futbolçunu və komandanı bəyənirsiz?
– Bəyəndiyim futbolçu Serxio Busketsdi. Komanda isə “Barselona”.
 
– Karyerası uğurlu olan futbolçular 2 hissəyə bölünür: istedadı ilə qabağa gedənlər və əziyyət çəkmək hesabına. Sizdə bunlardan hansıdı?
– Dəqiq də bilmirəm, amma istedadıma görə tanınıram. Mənə bir az gec qiymət verildi.
 
– “Dinamo” (Tiblisi) karyeranızı necə qiymətləndirirsiz?
– Zəngin təcrübə qazandım. Yaxşı və pis günlərim oldu. Bu, mənə hər zaman kömək olacaq.
 
– “Dinamo” və “Qəbələ”də hansı oyunlar sənin üçün unudulmazdı?
– Yaxşı xatırlayıram, “Dinamo”nun heyətində “Torpedo”ya 2:0 hesabı ilə qalib gəlmişdik. “Qəbələ”nin heyətində isə “Lill”i 1:0 hesabı ilə üstələydiyimiz oyun xatirimdədi.
 
– Gələcək karyeranızı necə planlaşdırmısız?
– Maksimum şəkildə çox çalışmaq lazımdı.
 
– Özünüzü hansı mövqedə rahat hiss edirsiz?
– Yarımmüdafiə xəttində. Demək olar ki, bütün mövqelərdə çıxış etmişəm, amma orta sahədə rahatam.
 
– Futbolda özünüzü başqa necə təsəvvür edirsiz?
– Məşqçi olmaq istəyirəm. Hər zaman məşqçilərin işini diqqətlə izləyirəm. İndidən yavaş-yavaş hazırlaşıram. Ümid edirəm ki, nəsə alınacaq.
 
– Milli karyeranıza üstünlük verirsiniz, yoxsa klub?
– Futbolu milli komanda üçün oynamalısan, amma sənin karyeran da olmalıdı. Bu olmasa, mümkün deyil. Amma konkret cavab istəyirsinizsə, millini seçirəm. Bütün futbolçular bu suala belə cavab verər.

– “Dinamo”ya geri qayıtmağı arzu edirsiz?
– Bəli, belə arzum var. Bunun nə zaman olacağını isə bilmirəm. Bu reallaşsa, ancaq xoşbəxt olaram.
 
– Dünyanın ən güclü komandası və çempionatı hansıdı?
– Bağışlayın, amma mən buna səmimi cavab verməyəcəm (gülür). İspaniya La Liqası və “Barselona”.

– David de Xeaya vurduğun qolu xatırlayırsan?
– Həmin gün atamın doğum günü idi (gülür). Xatırlayıram, ona qol vurmaq üçün vəd vermişdim. Çox sevinirəm ki, atamın ad günündə qol vurdum.

– Azərbaycanlılar gürcülərə necə münasibət göstərir?
– Deyərdim ki, yaxşı. Şəxsən mən hara getmişəmsə, pis münasibət görməmişəm. Bizim istedad və futbola böyük qiymət verilir.

– Uşağınız sizin oyunu seyr edir? Baxırsa, məsləhətləri necədi?
– Oyunumu izləsə də, taktika anlayışı yoxdu. Amma hansı mövqedə oynadığımı bilir.

Reklam

Reklam


blank
Əvəzedicilər2024-04-28 12:51

Əvəzedicilərin yarışında 32-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-28 11:59

“Avropa çempionu olmaq xəyalım idi” – Hacıyev

blank
Dünya futbolu2024-04-28 11:33

“Çelsi”nin keçmiş baş məşqçisi “Portu”nun prezidenti seçildi

blank
Digər idman növləri2024-04-28 11:00

Azərbaycan cüdoçularından tarixi uğur

blank
Milli komanda2024-04-28 10:44

Millimiz Tacikistanla üz-üzə

blank
Premyer-liqa2024-04-28 09:31

“Kəpəz”lə “Qəbələ”nin 28-ci dueli

blank
Premyer-liqa2024-04-28 09:10

Premyer Liqada bu gün daha 3 oyun keçiriləcək

blank
Digər idman növləri2024-04-28 08:51

İbrahim Əliyev İspaniyada 3-cü oldu

blank
Ölkə futbolu2024-04-28 08:34

“Neftçi” azarkeşləri ilə barışdı

blank
Digər idman növləri2024-04-28 08:17

Azərbaycan tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub

blank
Ölkə futbolu2024-04-28 08:00

“Səbail”in SABAHa ümidi qalmadı

blank
Dünya futbolu2024-04-28 02:56

“Atletiko” və “Jirona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 02:44

“Yuventus”la “Milan”dan heç-heçə

blank
Dünya futbolu2024-04-28 02:31

“Bayern” qalib gəldi, “Bayer” və “Borussiya”…

blank
Dünya futbolu2024-04-28 02:11

PSJ evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm