Ölkə futbolu
"Neftçi"də istefa
“Neftçi” rəhbərliyi azarkeşlərlə iş üzr?…
“Neftçi” rəhbərliyi azarkeşlərlə iş üzrə əlaqələndirici Kənan Hənifəyevi tutduğu vəzifədən uzaqlaşdırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun azarkeşlərinin "Facebook" səhifəsində məlumat verilib.
Onun vəzifəsindən azad edilməsinə Topaz Premyer Liqanın 24-cü turunun “Sumqayıt”a qarşı matçında bəzi azarkeşlərin klub rəhbərliyini və məşqçi heyətini istefaya səsləməsi səbəb göstərilir.
Qeyd edək ki, "Neftçi" "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub. Bununla da inların Premyer Liqada bu mövsümü medalsız başa vuracağı qətiləşib.
“Bəli, artıq son iki məğlubiyyətin günahkar tapılıb və bundan sonra komandamız “qələbələri sıralayacaq”. Demə, ən böyük günahkar klubumuzun azarkeşlər üzrə kordinatoru Kənan Hənifəyev imiş. Bəli, dünən (srağagün – red.) məhz onun meydana buraxdığı 11-lik azarkeşlərimizi məyus etdi. Məhz Kənan qapıya Baykoviçi deyil, Vaylonu qoymuşdu. Hətta bu da azdır. 2-ci hissədə Kənan meydana çıxmalı, Cavidin göyqurşağına göndərdiyi topu ordan endirib Fərhadın qapısından keçirməli idi. Bax budur bizim biabırçı idarəçilik, biabırçı rəhbərlik” – deyə “Neftçi” azarkeşlərinin "Facebook" səhifəsindəki paylaşımda bildirilib.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”