I Liqa
“Qaradağ Lökbatan”la “Səbail” cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şəmkir” – “Qaradağ Lökbatan” matçının 83-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Elmin Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şahdağ” – “Səbail” matçında “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.