Ölkə futbolu
“Qarabağ” “Arsenal”ı, “Qəbələ” “Çelsi”ni qabaqladı
Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb…
Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə planetin ən yaxşı 405 komandası yer alıb.
2016-cı ilin yekunlarının əksini tapdığı siyahıda Azərbaycan 2 klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dı – 155 xalla 55-ci yer. “Ağ-qaralar” “Arsenal”, “Lester” (hər ikisi İngiltərə), “Porto” (Portuqaliya), “Zenit” (Rusiya), “Lion” (Fransa) kimi komandaları arxada qoyub. Ötən il 142 xalla 77-ci yerdə olan Qurban Qurbanovun yetirmələri 22 pillə irəliləyib.
Daha bir təmsilçimiz “Qəbələ” də ilk “yüzlük”də qərarlaşıb. Roman Qriqorçukun komandası 97-ci pillədə qərarlaşıb – 125 xal. Bu mövqeni “Şkendiya” (Albaniya), “Rusenborq” (Norveç), “Əl-Əhli” (İordaniya) ilə bölüşən “qırmızı-qaralar” “Çelsi” (İngiltərə), “Beşiktaş” (Türkiyə) və “Marsel” (Fransa) kimi məşhurları arxada qoyur.
Ötən il 116 xalla 124-cü pilləyə şərik olan “Qəbələ” 27 pillə irəliləyib. Bu, 9 xal qazanmaq sayəsində mümkün olub.
2016-cı ilin yanvarında 92 xalla 192-ci yerə şərik olan Bakı “İnter”i isə İFFHS-in siyahısını tərk edib.
Cədvələ Kolumbiyanın “Atletiko Nasyonal” klubu başçılıq edir – 383. İspaniya nəhənglərindən “Real” 310 xalla 2-ci, “Barselona” 280 xalla 3-cü yerdədi. Apasport
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”