Ölkə futbolu
Prosineçkinin rekordu
Bu gün açıqlanan FİFA reytinqində dünyanın 87-ci …
Bu gün açıqlanan FİFA reytinqində dünyanın 87-ci komandası olan Azərbaycan millisi Robert Prosineçkinin rəhbərliyi altında ən yaxşı nəticəsinə imza atıb. Yığmamız 2016-cı ilin oktyabrındakı rekordunu yeniləyib.
Həmin vaxt xorvatiyalının yetirmələri siyahıda 88-ci pillədə yer almışdı. Komandamız həmin rekordu 1 pillə yaxşılaşdırıb (apasport).
Ümumilikdə isə 87-ci yer milli tarixində 6-cı nəticədi. Yığmamız yalnız 2014-cü ilin aprel-avqust aylarında ardıcıl 5 dəfə daha yüksək mövqelərdə olub. Sonuncu uğurundan həmin ilin avqustundan sonra belə yüksəyə qalxmayan millimiz son 32 ayın ən yaxşı nəticəsini rəsmiləşdirib.
Qeyd edək ki, yığmamızın mütləq rekordu 73-cü pillədi. Komandamız 2014-cü ilin iyul və avqust aylarında bu mövqedə qərarlaşıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”