Dünya futbolu
ÇL-in ilk finalçısı "Yuventus" oldu
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi…
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə İtaliyanın “Yuventus” klubu öz meydanında Fransa “Monako”sunu qəbul edib.
Ötən bu həftə bu komandalar arasında keçirilmiş ilk oyunda turinlilər knyazlıq təmsilçisinə 2 cavabsız qolla qalib gəlmişdi. İtaliya çempionunun doğma meydanda bu üstünlüyü əldən verməsi inandırıcı görünmürdü. Belə də olub. Turin təmsilçisi azarkeşlərinin gözü qarşısında da bu rəqibini məğlub etməklə ÇL-in ilk finalçısı olub.
Digər yarımfinal oyununda iki İspaniya klubu – "Real"la "Atletiko" üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
9 may
“Yuventus” – “Monako” – 2:1
Qollar: M.Mandzukiç, 33 (1:0). D.Alveş, 45 (2:0). K.Mbappe, 69 (2:1).
İlk oyun – 2:0.
10 may
22:45. “Atletiko” – “Real”
İlk oyun – 0:3
Xatırladaq ki, ÇL-in finalı iyunun 3-də Kardiffdə keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub