Dünya futbolu
Qurbanov gerilədi, Qriqorçuk irəlilədi
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq s…
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri – Roman Qriqorçukla Qurban Qurbanovun da adları var.
Ötən cədvəldə 456-cı pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov geriləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 457-ci yerdə qərarlaşıb.
“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə reytinqdə 1 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 647-cidi.
Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16948 xal var. 2-ci yerdə 14489 xalla “Barselona”dan ayrılan Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 14115 xalla 3-cüdür. “Yuventus”un baş məşqçisi Massimilyano Alleqri 11821 xalla 4-cü, “Monako”non “sükanı arxasında” olan Leonardo Jardim isə 11155 xalla 5-cidi.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”