Milli komanda
"Azərbaycan millisini ciddi qəbul etməliyik"
Şimali İrlandiya yığmasının hücumçusu Şey Makkartan…
Şimali İrlandiya yığmasının hücumçusu Şey Makkartan DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri səfər oyunu öncəsi açıqlama verib. Futbolinfo.az xəbər verir ki, İngiltərə II Liqasında "Akkrinqton Stenli"də çıxış edən futbolçu bunları söyləyib:
"Qrupda ikinciyik və bu pillədə də qalmaq istəyirik. Buna görə Azərbaycanla matç bizim üçün önəmlidi. Bu komandanı ciddi qəbul etməliyik. Bakıda isti hava şəraiti olacaq. Ona görə də hazırda Türkiyədə təlim-məşq toplanışı keçməyimiz yaxşı haldı. Çünki bu, bizə iqlimə tez uyğunlaşmaq imkanı yaradır. Özümü oyuna hazır hesab edirəm. Meydana çıxıb komandama kömək etməyə hər zaman hazıram".
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”