Dünya futbolu
İtaliyadan darmadağın, İspaniyadan heç-heçə
Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində…
Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama görüşləri keçirilir. Futbolinfo.az xəbər verir ki, bu gecə daha bir neçə belə görüş baş tutub.
Günün ən maraqlı matçı İspaniya və Kolumbiya yığmaları arasında baş tutub. Qarşılaşmada hesabı ispanlar açsalar da, kolumbiyalılar sonradan iki qol vurmağa nail olublar. İspaniya son anda məğlubiyyətdən yaxa qurtarıb.
İtaliya yığması isə Uruqvay üzərində asan qələbə qazanıb. Qonşu Gürcüstan yığması da Sent-Kitts və Nevisi darmadağın edib. Çin – Filippin oyununda isə əsl qol şousu yaşanıb.
Yoxlama oyunları
7 iyun
Yaponiya – Suriya – 1:1
Çin – Filippin – 8:1
Honq-Konq – İordaniya – 0:0
Finlandiya – Lixtenşteyn – 1:1
Gürcüstan – Sent-Kitts və Nevis – 3:0
İraq – Cənubi Koreya – 0:0
İtaliya – Uruqvay – 3:0
İspaniya – Kolumbiya – 2:2
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”