Müsahibə
Ramin Musayev: "Ayxan Abbasov sübut etdi ki…"
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Avropa Liqasın?…
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Zirə" ilə Lüksemburq "Differdanj"ı arasında keçirilmiş ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, təmsilçimizin 2:0 hesablı qələbəsi ilə bağlı öncə bunları dilə gətirib:
– Sevindirici haldı ki, “Zirə” avrokuboklarda ilk oyununda qalib gəldi. Düzdü, oyunda futbolçular arasında anlaşılmazlıq olurdu. Bu da təbii haldı. Komandaya yeni futbolçular gəlib. “Zirə” daxili çempionatda tamamilə fərqli komanda olacaq. Bu oyunda Kervan Belforun oyununu xüsusi qeyd edərdim.
– Amma “Zirə” bu heyətlə Premyer Liqada oynaya bilməz…
– Təbii ki, olmaz. Ayxan Abbasova uğurlar arzu edirəm. Çox adam bildirirdi ki, “Zirə” oyun göstərə bilməyəcək. Ayxan Abbasov isə sübut etdi ki, komanda hazırdı. Ayxan öz balamızdı, ona yalnız uğurlar arzulayıram. Oyundan razı qaldım.
– Klublarımızdan avrokuboklarda hansı nəticəni gözləyirsiz?
– İstəyirəm ki, klublarımız qalib gəlsin. Amma bu, futboldu. Nəsə demək çətindi.
– Premyer Liqaya nə vaxt start veriləcək?
– Avqustun ortalarında.
– Birinci Divizionla bağlı vəziyyət nə yerdədi?
– Siyahıda 10 komanda var. Yeni komanda “Binə” çox həvəslidi. Bütün standartlara uyğun gəlirlər.
– Söz-söhbət gəzir ki, “Şəmkir” dağılacaq. Qərb təmsilçisi Birinci Divizionda oynayacaq klublar arasında var?
– Bizə müraciət edilməyib. Məktub yollanmayıb. Püşkatma gününə qədər təklifləri gözləyəcəyik. Sentyabrın ortasında çempionat başlayacaq.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”