Dünya futbolu
"Everton" 30 milyona daha bir transfer etdi
İngiltərənin "Everton" klubu növbəti transferini r?…
İngiltərənin "Everton" klubu növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ötən mövsümü "Bernli"də keçirmiş müdafiəçi Maykl Kini heyətinə qatıb. Bu barədə mersisaydlıların rəsmi saytı məlumat yayıb. 24 yaşlı "stopper" yeni klubu ilə 5 illik müqavilə imza atıb. Bu transfer "Everton"a 30 milyon funt sterlinqə başa gəlib.
Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Kin peşəkar karyerası ərzində bu komandanın cəmi 1 oyunda şərəfini qorumaq imkanı qazanıb. O, uzun müddət "Lester" (2012/13), "Derbi Kaunti" (2013/14), "Blekbern" (2014) və "Bernli" (2014/15) klublarında icarədə oynayıb. 2015-ci ildə "Bernli" bu futbolçunu "qırmızı şeytanlar"dan alıb. Son iki mövsümdə bu komandanın heyətində 90 oyun keçirən Maykl 7 qol vurub. O, bu ildən İngiltərə yığmasına da dəvət olunur.
Hollandiyalı mütəxəssis Ronald Kumanın rəhbərliyi altında iddialı bir heyət quran "Everton" daha öncə "Sanderlend"in qapıçısı Cordan Pikfordu 30 milyona, "Ayaks"ın yarımmüdafiəçisi Devi Klasseni 23 milyona, "Malaqa"nın hücumçusu Sandro Ramiresi 5,2 milyon funt sterlinqə transfer etmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”