Dünya futbolu
"Borussiya"dan "Borussiya"ya
Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu heyətin…
Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu heyətinə yeni futbolçu qatıb. Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Dortmund "Borussiya"sından Mattias Qinteri transfer edib.
Bu barədə Münhenqladbax klubunun rəsmi saytı məlumat yayıb. Futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. 23 yaşlı müdafiəçinin transferi ilə bağlı digər detallar açıqlanmır.
Almaniya mətbuatı isə bu transferin 15 milyon avroya başa gəldiyini iddia edir. Hətta futbolçu yeni klubunda uğurlu çıxış edəcəyi təqdirdə Dortmund təmsilçisi əlavə 4 milyon avro bonus əldə edə bilər.
Qeyd edək ki, 23 yaşlı müdafiəçi 2014-cü ildə yetirməsi olduğu "Frayburq"dan Dortmund təmsilçisinə keçmişdi. Qinter 2014-cü ildən Almaniya yığmasına dəvət alır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”