Ölkə futbolu
Dəniz Yılmaz baş məşqçi ilə görüşdü, əfv edildi
Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın gələc…
Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın gələcək taleyi qeyri-müəyyən olaraq qalır. Futbolinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Bursaspor”un futbolçusunun karyerasını hansı klubda davam etdirəcəyi hələ bəlli deyil.
Bir müddət əvvəl Superliqanın debütantı “Göztəpə” ilə ilkin razılıq əldə edən 29 yaşlı forvard hazırkı komandasında qala bilər. Məsələ burasındadı ki, ötən mövsümün sonlarına yaxın FİFA-ya şikayət etdiyi üçün komandadan uzaqlaşdırılan futbolçu rəhbərlik tərəfindən əfv edilib.
Təlim-məşq toplanışına start verən “ağ-yaşıllar”ın düşərgəsinə qoşulan Dəniz dünən yeni baş məşqçi Pol Le Quenlə təkbətək görüş keçirib. Fransalı mütəxəssis Yılmazın keçirdiyi oyunların videokasetlərini izlədikdən sonra onun xidmətindən yararlanmaq qərarına gəlib. Ancaq bu məsələdə əsas söz sahibi prezident Ali Aydı. Yığmamızın üzvünün komandada qalıb-qalmayacağına baş məşqçi ilə prezident arasında keçiriləcək görüşdən sonra qərar veriləcək.
Qeyd edək ki, “Bursaspor”a ötən ilin fevralında “Trabzonspor”dan keçən Dəniz Yılmazın klubla müqavilə müddəti 2019-cu ilin yayına qədərdi. Apasport
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq