Ölkə futbolu
Mirhüseyn Seyidov: "Fola"nı da asanlıqla yenəcəyimizi düşünürdük"
“İnter” Avropa Liqasının 2-ci təsnifat mərhələsinin…
“İnter” Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Fola” ilə ilk oyununda 1:0 hesabı ilə qalib gəldi. Oyundan sonra matçda yeganə qolun müəllifi olan Mirhüseyn Seyidov jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az həmin müsahibəni təqdim edir:
– Lüksemburq klubuna qarşı çətinlik çədik. Çətin olacağını gözləyirdik. Amma bu qədər düşünmürdük.
– Zərbə anını necə şərh edə bilərsən?
– Elə bil kimsə mənə ora “get” dedi. Top da mənim üzərimə gəlirdi. Öz növbəmdə üzərimə düşəni etdim.
– Avrokuboklarda “Neftçi”nin heyətində “Koper”ə də gözəl qol vurmuşdun. Sloveniya klubuna vurduğun qolla bu qolu müqayisə edəndə hansının daha baxımlı olduğunu söyləyə bilərsən?
– Demək olar ki, oxşar idilər. Həmin oyunda “Koper”ə uduzmuşduq. Əsas odu ki, bu qolum qələbə qazanmağımıza kömək etdi.
– Bu qol sənə əsas heyətdə yerini möhkəmləndirmək üçün kömək olacaq?
– Məşqçi də çox istəyir ki, oynayım. Hər şeyi məşqçinin üzərinə atmaq düz deyil. Açığı, "Neftçi"dən sonra "İnter"də bir az çətin idi, sanki unudulmuşdum. Amma artıq yavaş-yavaş özümə gəlirəm. Buradayamsa, daha yaxşı oynamalıyam. Çalışıram ki, formamı bərpa edim.
– Səfər oyunu haqda nə düşünürsən?
– Lüksemburq təmsilçisi olsa belə, rəqibə yuxarıdan baxmaq olmaz. Bu, bizə dərs oldu. Daha diqqətli olacağıq.
– Svanadze oyundan qabaq komandanın arxayınlaşacağından ehtiyat etdiyini bildirmişdi. Bu gün belə bir hal baş verdi?
– Açığı, Serbiya futbolu Lüksemburqdan güclü olduğunu nəzərə alaraq, düşünürdük ki, "Mladost"a iki oyuna 5 dənə vurmuşuqsa, "Fola"nı da asanlıqla yenəcəyik. Qınamayın, futbolda belə şeylər olur. Ola bilsin, iki oyunun yekununda 5:0 hesablı üstünlük bizi bir az arxayınlaşdırmışdı. Bu gün 1 qol vursaq da, yaxşı haldı ki, evdə top buraxmadıq. Cavab görüşündə bundan daha yaxşı çıxış edəcəyik.
– Fiziki cəhətdən hiss olunur ki, tam hazır deyilsən…
– Öz səhvlərimi bilirəm, düzəltməyə çalışacam.
– "Neftçi"dən ayrıldıqdan sonra üzləşdiyin psixoloji gərginlikdən bu qolla çıxa biləcəksən?
– Düşünürəm ki, bu qol hardasa kömək edəcək. Qarşımızda cavab görüşü var. Gələn ay Premyer Liqa start götürür və qarşıda avrokubok matçları da var. Formaya düşmək üçün çalışacam.
– Hər dəfə nə iləsə gündəmə gəlirsən. Ötən ev oyununda topla xanım aparıcını vurdun, bu dəfə isə qol. 3-cü dəfə nə ilə gündəmi zəbt edəcəksən?
– Həmin epizoddan sonra deyirdilər ki, futbolçular qapıya vura bilmirlər… Amma qapını da dəqiq nişan ala bildik. Xanım şərhçimizin üzünə top vurandan sonra ayağım açıldı və uğurlu oldu.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”