Dünya futbolu
Ramil Şeydayevdən ÇL-də uğursuz debüt
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk o…
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Slovakiya çempionu "Jilina" da qitənin ən nüfuzlu klub turnirində ilk oyununa çıxıb.
Sözügedən komanda doğma meydanda Danimarka çempionu "Kopenhagen"lə qarşılaşıb. Matçda hesabı slovakiyalılar açıblar. Amma 61-ci dəqiqədə meydan sahiblərinin azlıqda qalması hər şeyi dəyişib. Bundan maksimum yararlanan qonaqlar son yarım saatda 3 qol vuraraq, "Jilina"ya səfərdə 3:1 hesabıyla qalib gəliblər.
Şeydayev bu görüşün 57-ci dəqiqəsində meydana çıxsa da, komandasına heç nə ilə kömək edə bilməyib.
Bu komandalar arasında cavab görüşü bir həftə sonra Danimarkada keçiriləcək.