Dünya futbolu
"Qalatasaray" yeni transferini rəsmən açıqladı
Türkiyənin "Qalatasaray" klubu Super Liqanın digər t…
Türkiyənin "Qalatasaray" klubu Super Liqanın digər təmsilçisi "Osmanlıspor"da çıxış edən seneqallı yarımmüdafiəçi Badu Ndiayeni heyətinə qatdığını rəsmən açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, "sarı-qırmızılar" bu keçidə görə futbolçunun sabiq klubuna 7,5 milyon avro təzminat ödəyib. Seneqallı oyunçunun özü ilə də 4 illik müqavilə imzalanıb. Məlumatı klubun rəsmi saytı yayıb.
Ndiaye "Qalatasaray"da ilinə 2 milyon 750 min avro məvacib alacaq. O, komandasının Super Liqa və avrokubok oyunlarında qazanacağı hər xala görə də əlavə 5 min avro mükafat əldə edəcək.
Sözləşmədə daha bir maraqlı məqam var. Belə ki, ehtiyac yaranarsa, 2019-cu ilin 15 iyunundan sonra 18 milyon avro qarşılığında müqaviləyə təktərəfli xitam verilməsi də mümkündü.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO