Ölkə futbolu
Mateo Mujek: "Neftçi" haqqında təəssüratım çox yaxşıdı" – VİDEO
"Neftçi"nin yeni transferi Mateo Mujek klub televiziy…
"Neftçi"nin yeni transferi Mateo Mujek klub televiziyasına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 22 yaşlı xorvatiyalı müdafiəçi bunları bildirib:
"Təbii ki, "Neftçi” haqqında məlumatım var idi. Yaşadığım şəhər Zaqrebi təmsil edən "Dinamo” 5-6 il bundan əvvəl UEFA Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində bu komanda ilə üz-üzə gəlmişdi. O vaxtdan "Neftçi”ni tanıyıram. Komanda haqqında təəssüratım yaxşıdı. Texniki cəhətdən çox yüksək bir kollektivimiz var. Bu komanda əvvəl çıxış etdiyim çempionatdan daha yüksək səviyyədə olan Azərbaycan Premyer Liqasında mübarizə aparır. Komanda yoldaşlarım çox yaxşıdılar və heç vaxt öz köməklərini məndən əsirgəmirlər. Buna görə də məni hər şey qane edir. Hazırda "Neftçi”dəyəm və yalnız bunu düşünürəm. Gələcəkdə isə nə olacağına baxarıq”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi