Ölkə futbolu
"Kopenhagen" rəsmisi "Qarabağ"a rəqib olmalarından razıdı
Danimarka çempionu "Kopenhagen" klubunun idman direkt…
Danimarka çempionu "Kopenhagen" klubunun idman direktoru Yohan Lange UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a rəqib olmalarına münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, püşkün nəticəsindən razı qaldıqlarını dilə gətirib:
“Püşkdən əvvəl də istəyirdik rəqibin kimliyindən asılı olmayaraq cavab oyununu evdə oynayaq. Bu da oldu. Ancaq nəzərə almalıyıq ki, qarşımızda uzun yol və saat fərqi var. Bakıda hava da çox istidi. Bizə çox çətin olacaq. Qısa müddət ərzində rəqib haqqında ən xırda detalları belə öyrənməli, mlumatları oyunçulara ötürməliyik. “Qarabağ” bizimlə görüşdən əvvəl cümə günü çempionat oyununa çıxacaq və mən gedib həmin matçı izləməliyəm. Üstəlik, onların seçmə mərhələdki oyunlarına da baxmalıyıq. “Qarabağ” beynəlxalq səviyyəli komandadı, Avropada davamlı nəticə əldə ediblər, illərdi Avroliqanın qrupunda oynayıblar. Bir sözlə, təcrübəli komandadılar. Səviyyəmizi artıracağıq. Vaxtilə ən yaxşı günlərini keçirən komandamızı geri qaytarmaq istəyirik. Bunun üçün oyun ritmimizi tapmalı, inkişaf etməliyik. Hesab edirik ki, işlərimiz düzgün qurmuşuq və “Qarabağ”la iki matça qədər lazımi duruma gələcəyimiz inanırıq”.
Qeyd edək ki, "Qarabağ"la "Kopenhagen" arasındakı ilk oyun avqustun 15-də Bakıda, cavab matçı isə 23-də Kopenhagendə keçiriləcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO