Dünya futbolu
La Liqa klubu sabiq hücumçusunu geri qaytardı
İspaniyanın “Deportivo” klubu heyətini yeni futbol&cced…
İspaniyanın “Deportivo” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, La Korunya təmsilçisi “Portu”nun hücumçusu Adrian Lopesi heyətinə cəlb edib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. La Liqa təmsilçisi 29 yaşlı futbolçunu bir illik icarəyə götürüb.
İspaniyalı hücumçu ötən mövsümün ikinci yarısını La Liqanın digər təmsilçisi “Vilyarreal”da keçirib. O, meydana çıxdığı 17 oyunda 2 qola imza atıb.
İspaniya yığmasında da bir neçə oyun keçirmiş futbolçu vaxtilə də "Deportivo"nun uğurları üçün çalışıb. O, 2006-2011-ci illər aralığında bu komandada 92 oyuna çıxıb, 13 qola imza atıb.
Adrian "Ovyedo", "Alaves", "Malaqa", "Atletiko" (Madrid) kimi klublarda da forma geyinib.