Dünya futbolu
Premyer Liqanın debütantı yeni hücumçu aldı
İngiltərənin “Brayton” klubu heyətini yeni futbol&cced…
İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın debütantı “Brügge”nin forvardı Xose İskerdonu heyətinə cəlb edib. Bu barədə məlumatı klubun saytı yayıb. Transfer üçün ödənilən məbləğ açıqlanmasa da, bunun klubun tarixində rekord olduğu qeyd edilib. İngiltərə mətbuatında yer alan məlumata görə, “Brayton” kolumbiyalı futbolçunun keçidi üçün 16 milyon avro ödəyib.
İskerdo ötən mövsümdə şans qazandığı 34 oyunda 16 qola imza atıb. Kolumbiya yığmasının da şərəfini qoruyan 25 yaşlı futbolçu "Brügge"dən öncə "Deportivo Pereyra" və "Onse Kaldas" klublarında çıxış edib.