Ölkə futbolu
“Qarabağ”da Dani Kintana şoku
Topaz Premyer Liqasının yeni mövsümünün aç…
Topaz Premyer Liqasının yeni mövsümünün açılış matçında son çempion “Qarabağ” səfərdə “Neftçi” ilə qarşılaşdı.
Futbolinfo.az xəbər verir ki, görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatdı. Lakin Ağdam təmsilçisi matçın sonlarında ciddi itkiylə üzləşdi. Belə ki, uzun müddətli zədədən sonra yaşıl meydana qayıdan Dani Kintana matçın 89-cu dəqiqəsində yenidən sıradan çıxdı. Qonaqlar əvəzetmə limitini doldurduğuna görə, zədələnərək meydançanı tərk edən futbolçu əvəzlənməyib.